Qarabağ erməniləri 2 separatçı qrupun əsirinə çevrilib |
Müəllif həmçinin qeyd edib ki, bu bir növ zarafata da oxşayır. Çünki Samvel Babayan Qarabağ ermənilərinin “Kadırovu” (Ramzan Kadırov nəzərdə tutulur-red.) olmaq istəyir.
Qeyd edək ki, Babayan nisbətən loyal fikirləri ilə seçilir. O, hətta Xankədidə oturanların Rəsmi Bakıya qarşı çıxmasının deyil, Azərbaycanla normal danışıqlar aparmağın tərəfdarıdır.
Samvel Babayan 1994-2000-ci illərdə qondarma rejimin "müdafiə ordusunun" rəhbəri də olub. Bir neçə aydır ki, erməni mediası Babayanın Xankəndidə mühüm vəzifə tutmağa hazır olduğunu yazır. Qarabağda olan əksər separatçılar isə ona qarşı çıxırlar. Hətta siyasətçilərdən biri "Samvel Nikol Paşinyanın tezislərini gündəmə gətirir” deyib.
Tural Tağıyev
AzVision.az