Merkel və Putin yalnız Ukraynanı müzakirə edib

Merkel və Putin yalnız Ukraynanı müzakirə edib
  06 İyun 2014    Oxunub:1027
Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel görüş zamanı yalnız Ukraynadakı böhranı müzakirə edib.
Azvison.az-ın məlumatına görə, bu barədə Putinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Liderlər Ukrayna məsələsi ilə bağlı Moskva və Berlin arasında fikir ayrılıqları barədə müzakirələr aparıblarmı sualına cavab olaraq Peskov bildirib ki, görüş məhz bu məsələyə həsr olunub.

Almaniya kansleri və Rusiya prezidentinin görüşü “Normandiya” mehmanxanasında bağlı qapılar arxasında onların köməkçiləri və mətbuat katiblərinin iştirakı ilə baş verib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti