Olland Obama ilə Putinin arasında qaldı - VİDEO

Olland Obama ilə Putinin arasında qaldı - VİDEO
  07 İyun 2014    Oxunub:1100
Obama ilə Putin Fransa tədbirini zəhər etdi
Bu gün Fransada 2-ci Dünya müharibəsi zamanı müttəfiq qoşunlarının Normandiyaya daxil olmasının və Fransanın faşizmdən azad edilməsinin 70-ci ildönümü qeyd edilir.

AzVision.az ans tv-ə istinadən xəbər verir ki, bu tədbirdə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin də Fransaya gəlib. Amma Fransa prezidenti Fransua Oland rəsmən iki lider arasında qalıb. Ev sahibi kimi hər iki qonağına səmimiyyət göstərməli olan Olland məcbur olub Obamanı ayrı, Putini isə ayrı qəbul edib, hələ üstəlik hər ikisilə də ayrı-ayrılıqda yemək də yeməli olub. Qərb mətbuatı isə yazır ki, Obama Putinlə qarşılaşmamaq üçün əməli başlı qaçdı-tutdu oynayıb. Amma rəsmi tədbirin şərəfinə verilən ziyafətdə Fransua Olland hər iki prezidentlə bir araya gəlməli olub. Birini sağında, digərini isə solunda oturdub. Lakin onlar bir-birinə baxmayıblar.

Bir sıra dövlət və hökumət başçılarının qatıldığı mərasim qoşunların paraşütlərlə endiyi Uistreham adlanan yerdə keçirilib. İldönüm mərasimində iştirak etmək üçün, Barak Obama, Vladimir Putin, Angela Merkel, Devid Kemeron və digər siyasi xadimlər dəvət olunub.

Mərasim bayram tədbiri olsa da, siyasi mövzuların müzakirə olunacağı heç kimdə şübhə doğurmur. Rusiya prezidenti Vladimir Putinin Angela Merkel və Fransua Ollandla görüşləri zamanı Ukrayna məsələsinin müzakirə olunacağı ehtimal olunur.

Mütəxəssislər arasında əsas müzakirə mövzusu isə Obamanın Putinlə görüşüb-görüşməyəcəyi sualıdır. Bundan əlavə Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenkonun mərasimdə iştirak edəcəyi gözlənilir. Putin bir müddət əvvəl verdiyi müsahibədə, həm Obama, həm də Poroşenko ilə görüşə hazır olduğunu bildirmişdi.

Avropalılar bu tədbiri keçirməklə həm də dünyaya onu göstərdilər ki, bu gün sahib olduqları sülh və firavanlıq onlara hədiyyə olunmayıb, özləri onu müharibə edib qazanıblar.






Teqlər:  





Xəbər lenti