Arayikə sui-qəsd oldu: 2 nəfər saxlanılıb - VİDEO

   Arayikə sui-qəsd oldu:    2 nəfər saxlanılıb - VİDEO
  28 Avqust 2023    Oxunub:1614
Qarabağ separatçılarının rəhbəri, hərbi cani Arayik Arutyunyana qarşı sui-qəsdə cəhd olub. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
"Mamul" saytı yazır ki, avqustun 28-i gecə saat 03:05 radələrində polis bölməsinə Xankəndinin 20 Fevral küçəsində Arayik Arutyunyanın "iqamətgahı" istiqamətində silahlı basqın edilməsi barədə məlumat verilib.

Xankəndidə anarxiya var, "polislər" parlamentə basqın ediblər - "Hraparak"
Hadisə yerinə gələn Xankəndi Polis Şöbəsinin əməliyyat qrupu həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 2 vətəndaşı saxlayıblar. Nəşr iddia edir ki, onlar sərxoş olublar.

"Atəş açan şəxslər Xankəndi şəhər sakinləri T.X. (1983-cü il təvəllüdlü) və A.A. (1981-ci il təvəllüdlü) olub. Polis müəyyən edib ki, sonuncu səhər saat 03:00 radələrində sərxoş vəziyyətdə "prezident iqamətgahına" gələrək binaya atəş açıb və ərazidə xidmət aparan təhlükəsizlik əməkdaşlarını silahla vurmaq istəyib. Xoşbəxtlikdən heç kim xəsarət almayıb. İstintaq komitəsi faktla bağlı cinayət işi açıb", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Arayik   Sui-Qəsd  





Xəbər lenti