Arayikə sui-qəsd oldu: 2 nəfər saxlanılıb - VİDEO |
Hərbi cani Arayik yalnız bir yolu - Laçın dəhlizini qəbul etdiyini də qeyd edib.
"Tiqran Petrosyan (Separatçıların “müxalifət”ni təmsil edir-red.) səsgücləndiricini götürüb çıxış etmək istəyərkən, meydana toplaşanlar ona etiraz edərək fit çalıblar. Bundan sonra Petrosyan səhnədən uzaqlaşıb. Yenə çıxış edən Arutyunyan bildirib ki, bir neçə gün əvvəl istefa vermək istəyib və indi də buna hazırdır. Hətta indən belə sıravi əsgər də ola bilər. Amma mən dəhlizin açılma vaxtı və digər suallara konkret cavab eşitmədim”, - Ağacanyan gileylənib.
Qeyd edək ki, Azərbaycan bayrağını təhqir edən üç erməni gəncin “Laçın” Nəzarət Buraxılış Məntəqəsində saxlanılması Xankəndidə etiraz dalğasına səbəb olub. İnsanlar bu səbəbdən Araik Arutyunyanla görüş tələb ediblər.
Xatırladaq ki, dünən Arayik Arutyunyana qarşı sui-qəsdə cəhd olmuşdu. Avqustun 28-i gecə saat 03:05 radələrində Xankəndinin 20 Fevral küçəsində Arutyunyanın oturduğu "iqamətgah" atəşə tutulub.
Tural Tağıyev
AzVision.az