Putin Bəşər Əsədi təbrik etdi

Putin Bəşər Əsədi təbrik etdi
  07 İyun 2014    Oxunub:2001
Rusiya prezidenti Vladimir Putin, Venesuella lideri Nikolas Madura və Şimali Koreya lideri Kim Jong-il Suriya prezidenti Bəşər Əsədi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, Livanda Hizbullahın baş katibi Həsən Nəsrəllah da Əsədi təbrik edib.

Qeyd edək ki, iyunun 3-də baş tutan seçkilərdə Bəşər Əsəd 88.7% toplayaraq yenidən prezident seçilib. Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq ictimaiyyət Suriyadakı seçkiləri legitim saymır.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti