Misirin yeni prezidenti and içdi

Misirin yeni prezidenti and içdi
  08 İyun 2014    Oxunub:886
Misirin yeni seçilmiş prezidenti Əbdülfəttah əs-Sisi rəsmən vəzifəsinin icrasına başlayıb.
O, Misir xalqa sədaqət andının mətnini oxuyub, ölkəsinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağına and içib.

Andiçmə mərasimi Misirin Ali Konstitusiya Məhkəməsinin 12 hakiminin, habelə müvəqqəti prezident Ədli Mənsurun və baş nazir İbrahim Məhləbin şahidliyi ilə keçib.
Xatırladaq ki, iyunun 3-də Misirin Ali Seçki Komissiyası mayın 26-28-də keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrini elan edib. Bu nəticələrə görə, seçicilərin 96,9 faizi Əbdülfəttah əs-Sisiyə səs verib.

Andiçmə mərasimindən sonra prezident korteji “Əl-İttihadiyyə” sarayına gedəcək və yeni dövlət başçısı orada xarici qonaqları qəbul edəcəkdir./AzərTac/


Teqlər:





Xəbər lenti