İtən təyyarəni tapana 3 milyon veriləcək

İtən təyyarəni tapana 3 milyon veriləcək
  09 İyun 2014    Oxunub:957
Malaziya hava yollarına məxsus 3 ay əvvəl yoxa çıxan təyyarəni tapan şəxsə 3 milyon dollar mükafat vəd edilib.
AzVision.az xəbər verir ki, bu kampaniyanı itkin düşən təyyarədəki sərnişinlərin yaxınları başladıb.

Kampaniyanı başladan Etan Hunt deyib ki, bu mükafatın köməyilə təyyarənin tapılmasına nail olacaqlar: Tarixdə bu günə qədər belə sirli hadisə olmayıb. Həqiqəti aşkarlamaq üçün hamımızın birgə çalımağına ehtiyac var.

Qeyd edək ki, martın 8-i Kuala-Lumpurdan Pekinə gedərkən qəzaya uğrayan Boeing 777 tipli təyyarə 227 sərnişin və 12 nəfər ekipaj üzvü ilə birlikdə yoxa çıxıb.

İlk olaraq təyyarənin Avstraliyanın qərbində, Hind Okeanında tapıldığı bildirilsə də sonradan həmin qalıqların adı çəkilən təyyarəyə məxsus olmadığı məlum olub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti