İrəvandan sensasiyalı iddia: "Ermənistana 12 min vaqnerçi gəlib, çevriliş olacaq"

    İrəvandan sensasiyalı iddia:    "Ermənistana 12 min vaqnerçi gəlib, çevriliş olacaq"
  08 Sentyabr 2023    Oxunub:1258
“Vaqner” Özəl Hərbi Şirkətinin (ÖHŞ) keçmiş rəhbəri Yevgeni Priqojinin ölümünə qədər Ermənistanda 3000-ə yaxın “vaqnerçi” olub. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın məşhur “Baqramyan 26” teleqram kanalı məlumat yayıb.
Hakimiyyətə yaxınlığı ilə seçilən Telegram kanalının paylaşımında qeyd olunub ki, bu say indi daha da artıb və İrəvanın təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Çünki yaxın günlərdə həmin "vaqnerçi"lərə (əsasən Rostovdan) 2000-ə yaxın müqaviləli əsgər (əsasən etnik ermənilər) qoşulub.

Almaniya mətbuatı: "Qarabağda Azərbaycana qarşı 500 vaqnerçi döyüşüb"
Maraqlıdır ki, paylaşımda "Vaqner"in bu addımı Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarının acı nəticəsi kimi qiymətləndirilib. Vurğulanır ki, İrəvan rəhbərinin Moskvanı strateji tərəfdaş kimi seçməyin səhv olması və Rusiya rəhbərliyini Qarabağ məsələsində razılaşmalara əməl etməməkdə ittiham etməsi ilə bağlı son açıqlamalarını nəzərə alaraq, Kreml Ermənistanda dövlət çevrilişi ssenarisinə razılıq verib.

Çevriliş planına görə, əsas məqsəd “Vaqner” döyüşçülərini meydana ataraq Paşinyan və ümumilikdə hakim komandanı idarəçilikdən güc yolu ilə uzaqlaşdırılmalıdır.

Kanal erməni-amerikan hərbçilərinin birgə təlimlərinin də burada rol oynadığını yazıb.

Hazırda Ermənistanda “vaqnerçi”lərin sayı 12 min nəfər çatıb. Məsələnin ən maraqlı tərəfi isə odur ki, artıq iki gün əvvəl bu silahlılara hərəkətə keçmək əmri verilib. Rusiya, əsasən xeyli agentlərinin olduğu Ermənistan ordusunun, kəşfiyyat xidmətlərinin və polisinin yüksək rəhbərliyinə arxalanır. Çünki orta və aşağı səviyyələrdə Rusiyaya dəstək çox zəifdir.

O da qeyd edilib ki, hazırda Paşinyanı əvəz etmək üçün Rusiyanın uyğun namizədləri də yoxdur. Həm də İrəvan və onun ətrafında çoxsaylı hərbi birləşmələrin mövcudluğu Nikolun devrilməsi planında uğur qazanmaq ehtimalını xeyli dərəcədə azaldır.

Bununla belə, əsas diqqət Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı təmas xəttində və iki ölkənin sərhədində sabitliyin pozulmasına yönəldilir.

Prosesin davamı olaraq isə İrəvan şəhərinin meri vəzifəsinə rusiyayönlü şəxslərin (Mane Tandilyan - Ruben Vardanyanın namizədi, Ayk Marutyan - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin namizədi, Andranik Tevanyan - ikinci Prezident, "Ermənistan” fraksiyasının lideri Robert Köçəryanın namizədi) namizədliyi irəli sürüləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Çevriliş   Vaqner   Kreml  





Xəbər lenti