Rasmussen: `Ukrayna istərsə NATO-ya üzv ola bilər`

Rasmussen: `Ukrayna istərsə NATO-ya üzv ola bilər`
  09 İyun 2014    Oxunub:833
“NATO-nun qapıları müəyyən tələblərə cavab verən demokratik Avropa ölkələrinin üzünə hər zaman açıqdır”.
AzVision.az xəbər verir ki, NATO-nun baş katibi Anders Foq Rasmussen belə deyib.

“NATO-nun qapıları müəyyən tələblərə cavab verən demokratik Avropa ölkələrinin üzünə hər zaman açıqdır. Hələ 2008-ci ildə Buxarestdə qərara aldıq ki, Ukrayna əgər arzu etsə müvafiq kriteriyalara uyğun olmaq şərtilə NATO-ya üzv ola bilər. Bununla yanaşı Ukrayna hələlik bloka daxil olmamağa qərar verdi. Biz Kiyevin bu qərarına hörmətlə yanaşırıq və Ukrayna-NATO komissiyası çərçivəsində əməkdaşlığımızı davam etdiririk”- deyə Rasmussen bildirib.

Xatırladaq ki, Anders Foq Rasmussen NATO-nun Krımın Rusiyaya birləşdirilməsini heç vaxt tanımayacağını bəyan edib.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti