Orta Asiyada su problemi milyardlar tələb edir
Digər səbəb hidrotexniki infrastrukturun köhnəlməsidir. Məsələn, Bişkekdə su borularının köhnəlməsi 80%, Almatıda 60% səviyyəsində qiymətləndirilir. Özbəkistanın su ehtiyatları nazirinin birinci müavini Azimjon Nazarov bildirib ki, 30-40 il əvvəl yaradılan infrastruktur ciddi modernləşmə tələb edir.
Onun sözlərinə görə, ölkənin su ehtiyatlarının 80%-i başqa ölkələrdən gəlir, yalnız 20%-i Özbəkistanda yaranır. Su ehtiyatları azaldığından və yeni obyektlərin sayı artdığından əhalinin artımı su ehtiyatlarının yeni kəmiyyət və keyfiyyətini tələb edir. 2030-cu ilə qədər Özbəkistanda 7 milyard kubmetrlik su çatışmazlığı yaranacaq.
Mövzu ilə bağlı digər materiallar:
“Su stressi” nədir və ondan qurtula biləcəyikmi – Videokast
Özbəkistan su problemini necə həll edir – Müsahibə
Su azaldıqca münaqişələr artır | Qazaxıstandan baxış
Su – tükənən resursdur! | Daşkənddən baxış
“Qurumuş” rəqəmlər: Su ehtiyatlarımızın nə qədər olduğunu bilmirik – Müsahibə (Video)
Qazaxıstan su problemini necə həll edir – Müsahibə
Özbəkistanda suyun qorunması ilə bağlı təşəbbüsləri həyata keçirmək üçün təxminən 19 milyard dollar investisiya tələb olunur. Bunun 4 milyardı nasos stansiyalarına, təxminən 6 milyardı suya qənaət edən texnologiyaların tətbiqinə görə təsərrüfat subyektlərinə subsidiyalara, əsas hissəsi isə rayonlarda sudan qənaətlə istifadə edilməsinə ayrılmalıdır.
Çətinlik yaradan səbəblərdən biri də odur ki, su məsələlərində region ölkələrinin bir-birilə qarşılıqlı əlaqələri zəifdir. SSRİ dağılandan sonra hər bir Orta Asiya dövləti problemlərini özü həll etməyə başladı. Bəzən mübahisələr ciddi böhranlara da səbəb olurdu.
Amma son vaxtlar Mərkəzi Asiya ölkələri fəaliyyətlərində əməkdaşlığa can atırlar. 2023-cü ilin əvvəlində Özbəkistan, Qazaxıstan və Qırğızıstan Narın çayı üzərində su elektrik stansiyasının tikintisinə dair razılığa gəliblər. Regionda Dövlətlərarası Əlaqələndirici Su Komissiyası (ICWC) da fəaliyyət göstərir, lakin bu təşkilatın təsir rıçaqları yoxdur və səlahiyyətləri azdır.
Ekspertlər istisna etmirlər ki, əgər problem nəzarətdən buraxılarsa, su böhranı Mərkəzi Asiyada hətta müharibəyə səbəb ola bilər. Problemləri həll etmək üçün region ölkələri əməkdaşlığa başlamalıdır. Su ehtiyatlarının bütün tərəflərin maraqları nəzərə alınaraq, bərabər paylanması lazımdır. Amma bunu etmək o qədər də asan deyil. Niyə?
Məsələ ondadır ki, enerji resurslarının - neftin, qazın, kömürün qiyməti var, su isə pulsuzdur. Bu yanaşma suyu bol olan respublikaları qane etmir.
Su çatışmazlığı miqrasiya böhranına da səbəb ola bilər. Qazaxıstan Məclisinin “Aul” partiyası fraksiyasının üzvü Serik Yegizbayev Rusiya parlamentinə Sibir çaylarının Qazaxıstan və Orta Asiyaya yönəldilməsi ilə bağlı reallaşmayan sovet layihəsini bərpa etmək təklifi ilə sorğu göndərib.
Samir Quliyev
AzVision.az