Bəşər Əsəd amnistiya elan etdi

Bəşər Əsəd amnistiya elan etdi
  10 İyun 2014    Oxunub:921
Suriya prezidenti Bəşər Əsəd ümumi amnistiya elan edib.
AzVsion.az xarici KİV-lərə istinadən xəbər verir ki, B.Əsəd bu barədə qərar qəbul edib.

Qərara əsasən, neçə nəfərin azadlığa buraxılacağı bilinməsə də ömürlük azadlıqdan məhrum edilən və edam cəzası alan məhkumların cəzası yüngülləşdirilərək 20 il həbslə əvəzlənib.

Bildirilib ki, qərara əsasən, 70 yaşını keçən bütün məhkumlar əfv ediləcək.

Qeyd edək ki, hazırda Suriyada 18 minə yaxın məhbusun olduğu bildirilir.

Anar


Teqlər:





Xəbər lenti