Çexiyada Azərbaycana qarşı erməni təxribatı

Çexiyada Azərbaycana qarşı erməni təxribatı
  10 İyun 2014    Oxunub:1012
Çexiyada yaşayan ermənilər iyunun 9-da Praqada "Azərbaycanın təhlükəsizlik siyasəti regional təhlükəsizliyin və sülhün təminatçısı kimi" mövzusunda keçirilən beynəlxalq konfransa qarşı təxribat törətməyə cəhd ediblər. Lakin bu cəhdin qarşısı alınıb.

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən verilən məlumata görə, bu barədə konfransın təşkilatçılarından biri, Karl Universiteti Təhlükəsizlik Siyasəti Mərkəzinin rəhbəri Miloş Balaban məlumat verib.

O bildirib ki, tədbirin keçirilməsinə bir neçə gün qalmış konfransın işinin pozulması üçün müxtəlif təxribatlarla üzləşiblər. Çexiyada fəaliyyət göstərən erməni diasporunun nümayəndələri konfransın işini pozmaq üçün əvvəlcə Universitet rəbərliyinə etiraz ediblər. Sonra isə təşkilatçıları belə bir addım atmaqdan çəkinməyə çağırıblar. Sonuncu gün isə tədbirin keçiriləcəyi konfrans zalına erməni tərəfinin fikirlərini çatdırmaq üçün mütəxəssislərin gələcəyi və bu məqsədlə onlara da icazə verilməsi istənilib:

"Biz bu təklifin açıq provakasiya olduğunu anladıq və Universitetdə tərəflər arasında insident yaşanmaması üçün tərbirin keçirilmə yerini dəyişdik. Bu səbəbdən mətbuata, digər həmkarlarımıza, QHT təmsilçilərinə geniş dəvət göndərməkdən çəkindik. Buna baxmayaraq, uğurlu konfrans alındı. Bu sahənin bilicisi olan 70-dən çox mütəxəssisin Konfransın işində fəal iştirak etməsi dediyimizə sübutdur. Baxmayaraq ki, bizə qarşı hədə və təhdidlər davam edir, biz öz işimizi sona çatdırmağımıza sevinirik".

Qeyd edək ki, iyunun 9-da Praqada Şərqi Avropanın ən tanınmış və qədim universitetlərindən biri olan Karl Universitetində "Azərbaycanın təhlükəsizlik siyasəti regional təhlükəsizliyin və sülhün təminatçısı kimi" mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün elan etdiyi qrant müsabiqəsi çərçivəsində reallaşan konfransda Çexiyanın Xarici İşlər, Daxili İşlər, Müdafiə nazirliklərinin yüksək çinli əməkdaşları, Karl, Metropoliten və digər universitetlərin professor, doktorant və magistirləri, QHT və media təmsilçiləri iştirak ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti