28 Türkiyə vətəndaşı girov götürüldü

28 Türkiyə vətəndaşı girov götürüldü
  10 İyun 2014    Oxunub:970
“İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının yaraqlıları İraq ərazisində 28 Türkiyə vətəndaşını girov götürüb.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumatlara əsasən, İŞİD yaraqlıları Türkiyənin İsgendərun limanından İraqın Mosul şəhərində Qeyara istilik stansiyasına dizel yanacağı aparan Türkiyə sürücülərini girov götürüb.

İraq Təhlükəsizlik Qüvvələrinin yaydığı xəbərə görə, Mosul şəhəri tamamilə terrorçuların əlinə keçib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti