Rusiyadan Kiyevə sərt XƏBƏRDARLIQ

Rusiyadan Kiyevə sərt XƏBƏRDARLIQ
  10 İyun 2014    Oxunub:1005
Rəsmi Kiyev tərəfindən həyata keçirilən hərbi əməliyyat dayandırılsa Ukraynanın şərqindəki etirazçılar eyni addımı atacaqlar.
AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlər açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bizim fikrimizcə regionda vəziyyətin sabitləşməsi üçün etirazçılara qarşı həyata keçirilən hərbi əməliyyatlardır. Məhz o zaman sizin separatçı adlandırdığınız insanlar eyni addımı atacaqlar”, -deyə Lavrov almaniyalı və polşalı həmkarları ilə danışıqların yekunlarına dair təşkil olunan mətbuat konfransında bildirib.

Lavrov həmçinin vurğulayıb ki, Ukraynada müharibənin davam etdirilməsində heç kim maraqlı deyil: “Lakin hərbi aviasiya şəhər mərkəzinə zərbələr endirdiyi zaman, yaşayış məntəqələrini artilleriya atəşinə, tankların, zirehli maşınların hücumuna məruz qaldığı vaxt siz insanları özlərinin və övladlarının yaşadığı şəhəri şəhərləri, qəsəbələr qoruduqlarına görə günahlandıra bilmərsiniz”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti