Rusiya əcnəbi məzunlara vətəndaşlıq verir

Rusiya əcnəbi məzunlara vətəndaşlıq verir
  11 İyun 2014    Oxunub:1063
Dövlət Duması Rusiya ali məktəblərinin əcnəbi məzunları üçün Rusiya Federasiyası (RF) vətəndaşlığının alınması prosesini sadələşdirən vətəndaşlıq haqqında qanuna dəyişiklikləri ikinci əsas oxunuşda qəbul edib.
AzVision.az məlumatına görə, ikinci oxunuşda qəbul edilən qanun layihəsi əcnəbi vətəndaşların ayrı-ayrı kateqoriyalarının və RF-də yaşayan vətəndaşlığı olmayan şəxslərin, 01.07.2002 tarixindən sonra Rusiyanın təhsil yönümlü təşkilatlarından diplom almış əcnəbi məzunların RF vətəndaşlığına qəbulu qaydalarının sadələşdirilməsini nəzərdə tutur.

Bundan başqa, Rusiyada ən azı 3 il fəaliyyət göstərmiş (illik gəliri ən azı 10 milyon rubl olanlar) sahibkarlar da bu yolla vətəndaşlıq ala bilərlər.

Digər tərəfdən, Rusiyada ən azı 3 il işləmiş ixtisaslı mütəxəssislər də bu yolla RF pasportu ala bilərlər. Bunun üçün onlar xarici ölkə vətəndaşlığından imtina etməklə yanaşı, RF-nin Konstitisiyası və qanunvericiliyinə əməl edilməsi üzrə öhdəliklər götürməlidirlər.


Teqlər:





Xəbər lenti