`PKK`-ya rəğbəti olan bələdiyyə başqanı geri çəkildi

`PKK`-ya rəğbəti olan bələdiyyə başqanı geri çəkildi
  11 İyun 2014    Oxunub:1000
1 iyunda yenidən keçirilən bələdiyyə seçkilərində Ağrının bələdiyyə başqanı seçilən Sırrı Sakıkın sözləri həm Azərbaycanda, həm də qardaş ölkədə mübahisə yaratmışdı.

O, Atatürkün yaxın dostu olan Kazım Karabəkirin adını bütün küçələrdən götürəcəyini bildirib və əsgər abidəsini”utanc abidəsi” adlandırıb.

Etrazlardan sonra baş nazir Rəcəb Tayyib Ərdoğan “Əgər o abidələri yığışdırsan, millət ora gəlib yenilərini qoyar” deyə sərt mövqe sərgiləyib.

Etrazların artdığını görən Sırrı Sakık geri addım atıb və sözlərinin yanlış anlaşıldığını bildirib.
“Mən mitinq meydanında hərbi abidənin götürülməsini söylədim. Bundan sonra jurnalist mənə `Mareşal Fevzi Çakmak və Kazım Karabekir adlarını küçələrdən götürəcəksinizmi`deyə sual verdi. Mən də `militarizmi xatırladan hər şeyi xalqımızla müzakirə edib dəyərləndirəcəyik` söylədim. Ardından isə Mustafa Kamal Atatürkün erməni məsələsiylə bağlı Karabəkir haqqında söylədiklərini xatırlatdım. İstəmədiyim mübahisəyə sürükləndim.”

Emin



Teqlər:  





Xəbər lenti