Belarusa sanksiyaların müddəti uzadıldı

Belarusa sanksiyaların müddəti uzadıldı
  11 İyun 2014    Oxunub:881
ABŞ Belarus hökumətinin təmsilçilərinə qarşı sanksiyaların fəaliyyət müddətini 1 il də uzadıb. AzVision.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama bununla bağlı sərəncam imzalayıb və məlumat üçün Konqresə göndərib.

Sərəncamda deyilir ki, “Belarus hökumətinin müəyyən təmsilçiləri ABŞ-ın mili təhlükəsizliyi və xarici siyasətinə həddən artıq təhlükə yaradırlar. Onlar həmçinin Belarusda demokratik proseslərə və demokratiya institutlarının fəaliyyətinə mane olurlar”.

Vaşinqtonun məlumatına görə, “həmin şəxslər siyasi repressiyalarla əlaqədar olaraq insan hüquqlarının pozulması, insan oğurluğu, eləcə də dövlət malının qeyri-düzgün istifadə və korrupsiya kimi cinayətlərdə ittiham olunurlar”.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti