Gürcüstanda Saakaşvili cinayətlərinin üstü açıldı

Gürcüstanda Saakaşvili cinayətlərinin üstü açıldı
  11 İyun 2014    Oxunub:917
Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanda qətllərin törədilməsi haqqında şayiələr çoxdan gəzirdi. Lakin indi belə faktları rəsmi qaydada təsdiqlənib.

AzVision.az-ın məlumatına görə, Gürcüstan DİN-i bununla bağlı aparılan ilkin araşdırmaların nəticələrini açıqlayıb.

Araşdırmalara əsasən, Gürcüstan DİN-i Saakaşvilinin təhlükəsizlik xidmətinə lazım olmayan bir neçə şəxslərin yoxa çıxması ilə bağlı faktların üstünü açıb. Bu insanlar heç bir məhkəmə istintaq işləri aparılmadan aradan götürülüb. İnsanlar qeyri-adi şəraitdə yoxa çıxır, onların yaxınları isə bu şəxslər barədə məlumat ala bilmirlər.

Ötən gün Gürcüstan DİN-i insanların oğurlanması və aradan götürülməsi ilə bağlı iki faktı açıqlayıb. Hər iki fakt 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsi dövrünə aiddir. Məhz həmin zaman bu ölkədə əsl “casus” ovu başlayıb. Bu işlə bağlı Gürcüstanın DİN-in Konstitusiya Təhlükəsizliyi Departamenti İdarəsinin rəhbəri Roman Şamatovu ömürlük həbs cəzası gözləyir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti