Ukraynanın şərqində 210 nəfər öldürülüb

Ukraynanın şərqində 210 nəfər öldürülüb
  11 İyun 2014    Oxunub:879
Ukraynanın şərqində 210 nəfər ölüb. Onlardan 19-u uşaqlardır.
AzVision.az-ın məlumatına görə, bu barədə Ukraynanın səhiyyə naziri Oleq Musiy bildirib.

O, həmçinin qeyd edib ki, söhbət xəstəxanalara və morqlara aparılan cəsədlərdən gedir. Məlumatlar Luqansk və Donetsk vilayətlərinə aiddir.

“Ümumilikdə, ötən gün Donetsk və Luqansk vilayətlərində 50-dən çox insan öldürülüb”, -deyə Musiy əlavə edib.

Qeyd edək ki, Ukraynanın şərqində anti-terror əməliyyatları bu ilin aprel ayında başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti