Türkiyə konsulluğuna hücum - 48 girov + YENİLƏNİB

Türkiyə konsulluğuna hücum - 48 girov + YENİLƏNİB
  11 İyun 2014    Oxunub:1049
“İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının yaraqlıları İraqın Mosuldən şəhərini ələ keçirdikdən sonra, bu şəhərdəki Türkiyə Konsulluğuna hücum edib.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qruplaşmanın üzvləri konsulluğa hücum edərək, işçiləri girov götürüb.

Qruplaşma üzvləri Türkiyənin Mosuldakı Başkonsulu Öztürk Yılmaz, iki uşaq və 3 qadın olmaqla 48 nəfəri qaçırıb.

Bununla əlaqədar, Türkiyənin Baş Nazirliyi iclas keçirib. İclas baş nazir Rəcəp Tayyip Ərdoğan, baş nazirin müavini Bəşir Atalay və digər rəsmilər iştirak edib.

Xatırladaq ki, İŞİD üzvləri ötən gün İraq ərazisində 32 Türkiyə vətəndaşını girov götürmüşdü.

Məlumat üçün bildirək ki, İŞİD üzvləri sırasında Azərbaycan mücahidləri də var.


Teqlər:  





Xəbər lenti