İŞİD-dən Türkiyə açıqlaması: “Diplomatları qaçırmamışıq”

İŞİD-dən Türkiyə açıqlaması: “Diplomatları qaçırmamışıq”
  12 İyun 2014    Oxunub:1032
Xəbər verdiyimiz kimi, “İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının üzvləri İraqın Mosul şəhərində yerləşən Türkiyə Konsulluğuna hücum ediblər. Silahlı qruplaşma üzvləri Türkiyənin Mosuldakı baş konsulu Öztürk Yılmaz, iki uşaq və 3 qadın olmaqla 48 nəfəri girov götürüblər.
AzVision.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, rəsmi Ankara tutulan konsulluq işçilərinin sağlıq durumlarının yaxşı olduğunu açıqlayıb.

Daha sonra İŞİQ qruplaşması Konsulluğa edilən hücumlara bağlı açıqlama yayıb. Qruplaşma üzvləri Tvitter-də türk diplomatları qaçırmadıqlarını, sadəcə onların təhlükəsizliyi üçün daha etibarlı yerə apardıqlarını bildiriblər. Silahlılar qeyd edib ki, əgər türk diplomatların günahları sübuta yetirilməsə onlar sərbəst buraxılacaqlar.

Anar
AzVision.az


Teqlər:  





Xəbər lenti