Rusiya Ukrayna qarşısında şərt qoydu

Rusiya Ukrayna qarşısında şərt qoydu
  12 İyun 2014    Oxunub:1183
Rusiya və Ukrayna arasında təbii qaz böhranının həlli olunması üçün Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə aparılan üçtərəfli danışıqlar yenə də nəticəsiz başa çatıb.
AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya tərəfi Ukraynanın aprel-may aylarında yığılmış 2,353 milyard dollar qaz borcunun 2014-cü il iyunun 26-dək ödənilməsini tələb edib.

Bildirilib ki, iyunun 16-dan etibarən Ukrayna nəql olunacaq təbii qaz üçün ilkin ödəniş etməlidir. İki ölkə arasında 2009-2019-cu illər üçün qaz müqaviləsi qüvvədə qalır. Bu dövr ərzində Rusiya qazın hər min kubmetrini 384,86 dollardan satacaqdır.

Ukrayna tərəfi bu şərtlərlə razılaşmayıb.


Teqlər:





Xəbər lenti