NATO Türkiyə üçün toplandı - YENİLƏNDİ

NATO Türkiyə üçün toplandı - YENİLƏNDİ
  12 İyun 2014    Oxunub:1053
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, NATO rəsmi Ankaranın çağırışından sonra toplantı çağırıb. Hazırda davam edən toplantıda Musulda İŞİD qüvvələri tərəfindən ələ keçirilən türk diplomatların aqibəti müzakirə olunur.

***

Türkiyə Musulda Konsulluq əməkdaşlarının İŞİD qruplaşması tərəfindən əsir götürülməsi ilə əlaqədar NATO-a çağırış edib.

AzVision.az türk KİV-lərinə istinadən xəbər verir ki, rəsmi Ankara NATO-nin BMT-ni bu məsələ ilə əlaqədar təcili toplanmağa çağırıb.

Türkiyə rəsmiləri həmçinin beynəlxalq təşkilatlara müraciət edərək dünya ölkələrini bu olaya reaksiya verməyə səsləyib.

Qeyd edək ki, “İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının üzvləri İraqın Mosul şəhərində yerləşən Türkiyə Konsulluğuna hücum ediblər. Silahlı qruplaşma üzvləri Türkiyənin Mosuldakı baş konsulu Öztürk Yılmaz, iki uşaq və 3 qadın olmaqla 48 nəfəri girov götürüblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti