“Türk diplomatları öldürməyəcəyik” – İŞİD komandiri

  12 İyun 2014    Oxunub : 267
“Türk diplomatları öldürməyəcəyik” – İŞİD komandiri
Türkiyənin Mosuldakı baş konsulu daxil olmaqla, 48 nəfəri girov götürən İraq Şam İslam Dövləti” (İŞİD) onları öldürməyəcəklərini bəyan edib.
AzVision.az-ın məlumatına görə, bu barədə girov türklərə görə məsuliyyət daşıyan İŞİD komandiri bildirib.

“Təhlükəsizliklərini təmin etmişik, onları ölkələrinə geri qaytaracağıq. Qorxacaq heç nə yoxdur, çünki onlar sünni və hənəfi təriqətindəndirlər”.

İraqın “Rudaw” agentliyinə danışan və adının açıqlanmasını istəməyən komandir türklərin girov götürülməsinin səbəbini də açıqlayıb:

“Həmin bölgədə vəziyyət gərgin idi. Ona görə onları həmin binadan çıxartdıq. Baş konsulu valilikdə, digər diplomatları isə başqa yerdə saxlayırıq. Hətta diplomatlardan birinin yanında iti var və biz həmin it üçün yemək və su verdik”-deyə, komandir əlavə edib.

Qeyd edək ki, ötən gün axşam saatlarında“İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının üzvləri İraqın Mosul şəhərində yerləşən Türkiyə Konsulluğuna hücum edib və baş konsul Öztürk Yılmaz, iki uşaq və 3 qadın olmaqla 48 nəfəri girov götürüblər.

Sevinc İltifatqızı

Teqlər: