Ukraynada vəzifə alan azərbaycanlı: “Sayımız çox azdır” - MÜSAHİBƏ
- Xəbər verildiyi kimi bugünlərdə Ukraynanın yeni Əvvəla, yeni vəzifənizlə bağlı sizi təbrik edirik. Öncə, özünüz haqda məlumat vermənizi xahiş edirik.
- Mən, dörd təhsilimdən iksini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında almışam. 2003-cü ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində müxtəlif vəzifələrdə, o cümlədən nazirliyin Həmkarlar İttifaqının sədr müavini və Azərbaycanın Dubayda konsulu vəzifələrində çalışmışam. Diplomatik fəaliyyətim zamanı Azərbaycan dövləti tərəfindən bir sıra təltiflərə layiq görülmüş, eyni zamanda GUAM və Bakı Enerji sammitlərinin, İslam Konfransının 33 sessiyasının və Azərbaycan Respublikası Prezidentinin 2003 və 2008-ci illərdə inauqurasiya mərasiminin yüksək səviyyədə təşkilinə görə xüsusi təşəkkürnaməyə layiq görülmüşəm. Azərbaycan Respublikasının səfirlikləri və dövlət qurumlarının istifadə etdiyi “Azərbaycanın dövlət rəmzləri və atributları” ləvazimatının müəllifi olmuşam.
- Yeni vəzifənizdə Azərbaycan-Ukrayna əlaqələrinin inkişafı istiqamətində hansı planlarınız var?
- Mən peşəkar diplomat kimi qeyd etmək istərdim ki, Azərbaycanla Ukrayna arasında əlaqələr çox yüksək səviyyədədir. Ukrayna-Azərbaycan münasibətlərinin dərin tarixi var. Dövlətlərimiz müstəqillik qazandıqdan sonra, bu əlaqələr günbəgün daha da inkişaf edib. Ukraynanın çətin vaxtlarında Azərbaycanın dəstəyi hiss olunub. Hələ ötən əsrin doxsanıncı illərinin ortalarında Ukraynada yanacaq böhranı baş verəndə, ulu öndər Heydər Əliyevin qərarı ilə Ukraynaya kömək göstərilməsi nəticəsində, Ukrayna baş verə biləcək iqtisadi böhranı adladı. Builki siyasi dəyişikliklərdən sonra, burada siyasi böhran baş vermiş və bunun nəticəsində ölkədə məlum olan proseslər yer almışdır. Ukraynanın belə bir çətin vəziyyətində bu ölkədə yaşayan azərbaycanlıların Ukraynanın milli maraqları çərçivəsində çıxış etməsi və Azərbaycan dövlətinin beynəlxalq təşkilatlarda Ukraynanı dəstəkləməsi bu münasibətlərin hansı səviyyədə olmasının real təzahürüdür. Mənim də fəaliyyətim bu əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəmi vermək və Ukraynada yaşayan azərbaycanlıların başını daha da uca etməkdən ibarət olacaq.
- Ukraynada gözlənilmədən üç azərbaycanlının irəli çəkilməsi nə ilə bağlıdır?
- Üç azərbaycanlı hələ azdır, inşallah yüz üç olmalıdır. Ukraynanın çətin vəziyyətində bu ölkədə, əsasən də şərq vilayətlərində yaşayan soydaşlarımızın Ukrayna xalqına sadiq mövqedən çıxış etməsi, Azərbaycan dövlətinin Ukrayna ilə bağlı tutduğu mövqe, Ukrayna və Rusiya arasında baş vermiş siyasi anlaşılmazlıqla bağlı apardığı incə və düşünülmüş siyasət nəticəsində, bu ölkədə yaşayan azərbaycanlıların nüfuzu yüksək bir zirvəyə çıxdı. Belə bir vəziyyətdə Ukraynada vəzifələrə gətirilmiş hər bir azərbaycanlı, Ukraynada yaşayan soydaşlarımızın tutduğu mövqe və Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətə borcludurlar. Şəxsən mən, Ukraynada yaşayan hər bir azərbaycanlıya öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
-< b>Ukraynada Azərbaycan diasporunun gücü və mövqeyi hansı səviyyədədir?
- Ukraynada azərbaycanlıların ümumukrayna və regional miqyasda bir çox cəmiyyəti fəaliyyət göstərir. Hər biri öz ətrafında cəmləşmiş soydaşlarımızı və bir-birilərini yüksək səviyyədə dəstəkləyirlər. Mən bu dəstəyi ictimai fəaliyyətimdə atdığım ilk addımlar zamanı hiss etdim. Təbii ki, bizim diasporumuzun nə qədər güclü olmasından asılı olmayaraq, mən bir azərbaycanlı kimi onun daha da güclü və nüfuzlu olmasını arzulayıram. Bizim diasporumuzun gücü, Ukraynada yaşayan hər bir azərbaycanlının gücüdür. Diasporumuzun güclü və nüfuzlu olması Ukraynada yaşayan hər bir azərbaycanlının fəallığından və diaspor təşkilatları ətrafında sıx birləşməsindən asılıdır. Bizim diaspor təşkilatlarının, yəni bizim güc və mövqeyimizi keçiriləcək regional və ümumukrayna seçkilərində əldə olunacaq nailiyyətlər göstərəcək. Bu nailiyyətlərin yüksək səviyyədə olması və baş verəcək seçkilərin nəticələrinin ürəyimizcə olması üçün biz hamımız bütün gücümüzü və imkanlarımızı səfərbər etməliyik. Artıq, “Kim nə edəcək?” sualını yox, “Mən ümumi məqsəd üçün nəyə qadir ola bilərəm?” sualını hər birimiz özümüzə verməliyik. Hər şey yalnız bizim fəallığımız və birliyimizdən asılıdır.