Müşərrəfə ölkəni tərk etmək icazəsi verildi

Müşərrəfə ölkəni tərk etmək icazəsi verildi
  12 İyun 2014    Oxunub:992
Pakistanın Karaçi şəhər məhkəməsi sabiq prezident general Pərviz Müşərrəfi ölkəni tərk etmək icazə verib.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən bildirir.

Qeyd edək ki, Müşərrəfin adı bir neçə cinayətlərdə hallanır. Müşərrəfin adı 2013-cü ildə Pakistanın Daxili İşlər Nazirliyinin qara siyahısına daxil edilib. Müşərrəf dəfələrlə bəyan edib ki, hazırda müalicə olunan 95 yaşlı anasını görmək üçün Dubaya getmək niyyətindədir. Bundan əlavə Müşərrəfin özü müalicə məqsədilə ABŞ-a getməlidir.

Müşərrəfin vəkili Faruq Nasim bəyan edib ki, bu gün Karaçi məhkəməsi Müşərrəfin adının ölkənin Daxili İşlər Nazirliyindən çıxarılması barədə qərar verib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti