Kürdlər Kərkükü nəzarətə götürdü

Kürdlər Kərkükü nəzarətə götürdü
  12 İyun 2014    Oxunub:860
Kürdlərdən təşkil olunan “peşmərgə” qoşunları İraqın şimalında yerləşən Kərkük şəhərini tamamilə nəzarətə götürüb.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, Kərkük şəhərində bir nəfər də ordusunun İraq ordusunun üzvü qalmayıb.

Qeyd edək ki, çərşənbə axşamı İraq və Şam İslam Dövlətinin (İŞİD) yaraqlıları Şimali iraq vilayətinin mərkəzi Mosul şəhəri və bir sıra xırda şəhərləri ələ keçirib. İraq hərbçiləri onlara müqavimət göstərməyərək, geri çəkiliblər.

Peşmərgə - Kürd silahlısında verilən ümumi addır. Peşmərgə əsgərləri ilk dəfə 1920-ci ildə İraqın şimalında Kürdüstan dövlətini yaratmaq məqsədi ilə döyüşmüşdülər. Sonrakı illərdə peşmərgələrin fəaliyyəti zəifləmiş və zamanla tarix səhifəsindən çıxmışdır. 2005-ci ildə ABŞ dövləti, İraqın şimalında təhlükəsizliyi təmin etmək üçün peşmərgələrin fəaliyyətini yenidən bərpa etmişdir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti