Ruhani: “İraqa kömək edəcəyik”

Ruhani: “İraqa kömək edəcəyik”
  12 İyun 2014    Oxunub:782
İran İraq və Şam İslam Dövlətinin (İŞİD) yaraqlılarına qarşı mübarizədə İraqa yardım edəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə İran telekanalı ilə birbaşa çıxışı zamanı ölkə prezidenti Həsən Ruhani bildirib.

“Şübhəsiz ki, İŞİD qəddar metodlardan istifadə edən ekstremist və terror təşkilatıdır. Tehran qəddarlıq və terrora dözmək niyyətində deyil. Öz növbəmizdə biz İran islam Respublikası həm regionda həm də bütün dünyada qəddarlıq, ekstremizm və terrora qarşı mübarizə aparmağı öz üzərimizə götürürük”, -deyə Ruhani bildirib.

Qeyd edək ki, İŞİD yaraqlıları son iki gün ərzində İraqın Mosul, Tikrit, Kərkük şəhərlərini ələ keçirərək, paytaxt Bağdadam doğru irəliləyir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti