Erik Rubindən Qarabağ bəyanatı

Erik Rubindən Qarabağ bəyanatı
  12 İyun 2014    Oxunub:883
ABŞ: Qarabağ münaqişəsinin həlli istiqamətində təklif olunan istənilən konsepsiya “Madrid prinsipləri”nə bənzəyəcək.

ABŞ, ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edir. AzVision.az-ın məlumatına görə, bunu ABŞ dövlət katibinin müavininin Avropa və Avrasiya işləri üzrə köməkçisi Erik Rubin deyib.

Erik Rubin çıxışı zamanı bildirib ki, ölkəsi “Azərbaycan və Ermənistan prezidentlərinin yaxın gələcəkdə görüşərək ötən ilin noyabrından başladılmış konstruktiv dialoqu davam etdirməklə bağlı razılığa gələcəklərinə ümid edir”. Onun sözlərinə görə, ATƏT Cənubi Qafqaz regionunda kifayət qədər mühüm rol oynayır. E. Rubin qeyd edib ki, ABŞ, qurumun həmsədri olaraq Rusiya və fransalı həmkarları ilə birgə münaqişənin həllində irəliləyişlərə nail olmaq üçün müntəzəm iş aparır.

“ Hesab edirəm ki, proqress əldə etmək mümkündür. Hazırda bizim əsas məqsədimiz yaxın aylarda prezidentlərin görüşünü təşkil etməkdir. Bu barədə optimistəm”, deyə Rubin qeyd edib.

O ki qaldı münaqişənin həlli üçün təklif olunan hər hansı yeni təkliflərə, Rubin qeyd edib ki, həmsədrlər Madrid prinsiplərindən çıxış edirlər, bu baxımdan istənilən konsepsiya Madrid prinsiplərinə bənzəyəcək.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti