“Ermənistan alçaldılıb...”

“Ermənistan alçaldılıb...”
  12 İyun 2014    Oxunub:631
Ermənistan o qədər alçaldılıb, onun siyasi xadimləri və onurğasız deputatlarının daxili müstəqillikləri o dərəcədə məhdudlaşdırılıb ki, hər hansı bir rusiyalı jurnalist onlara dərs verir, onlar isə ikinci dərəcəli rusiyalı jurnalist qarşısında sürünürlər.
AzVision.az-ın məlumatına görə, bu barədə erməni KİV-nə müsahibəsində Ermənistan üzrə Helsinki komitəsinin hüquq müdafiəçisi Avetik İşxanyan Rusiyalı jurnalist Dmitri Kisilyovun Ermənistanda rus dilini unudulması barədə rişxəndli fikrini şərh edərkən bildirib.

İşxanyanın fikrincə bu Ermənistanın müstəqilliyinin və milli dəyərlərinin itirilməsinin göstəricisidir: “Erməni siyasətçilər gülür və yaltaqlanırlar. Təbii ki, onlar öz cibləri barədə düşünürlər. Mən heç nə deyə bilmərəm. Bu milli rüsvayçılıqdır”.

Qeyd edək ki, iyunun 11-də Ermənistan parlamentində erməni deputatlar və jurnalistlər görüşü zamanı rusiyalı teleşərhçi Dmitriy Kisilyov danlaqla Ermənistanda rus dilinin unudulduğunu bildirib və bunun qarşısını almaq üçün ölkə hökumətinin nə etdiyini soruşub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti