İrəvanda atışma: yaralılar var - VİDEO

İrəvanda atışma: yaralılar var - VİDEO
  13 İyun 2014    Oxunub:893
Ermənistanın Tsegakron partiyasının tərəfdarı İrəvan məhkəməsinin binası qarşısında atəş açaraq bir neçə polis zabitini yaralayıb.
AzVision.az-ın məlumatına görə, hadisə iyunun 12-də İrəvanda Tsegakronun lideri Şant Harutyunyanın məhkəməsi getdiyi vaxt baş verib.

Güllə atan 31 yaşlı Haik Buregiyandır. O, binanın yanında dayanmış maşının üstə çıxıb və polisə pnevmatik tapançadan atəş açıb.

Bir neçə polis yaralanıb və onları xəstəxanaya aparıblar.

Qeyd edək ki, Tsegakron partiyasının lideri Shant Harutyunyan noyabr ayında İrəvanda öz partiyasından olan tərəfdarlarının polislə toqquşmalarından sonra həbs olunub. O vaxt nümayişçilər prezident ofisinə yürüş etməyə cəhd göstərdi.

Partiya fəalları deyirdilər ki, onlar Ermənistanda inqilab etmək istəyirdilər.

Polislə həmin toqquşmalarda onlarla nümayişçi yaralanıb, 4 polis xəsarət almışdı.

Harutyunyanı polisə müqavimətə görə 10 ilədək həbs cəzası gözləyə bilər.

Ancaq o və partiya fəalları bu məhkəməni siyasi motivli hesab edirlər.

Harutyunyan onu da deyib ki, həbsindən sonra polis onu döyüb. Gözətçilərin və müstəntiqlərin rəftarına etiraz olaraq o, həbsxanada 17 gün aclıq edib. (anspress)




Teqlər:





Xəbər lenti