Berlində tələbələrimizdən maraqlı tədbir - FOTOLAR

Berlində tələbələrimizdən maraqlı tədbir - FOTOLAR
  13 İyun 2014    Oxunub:1566
İyunun 9-da Berlində 8-ci dəfə MÜSİAD tərəfindən təşkil olunmuş futbol çempionatı keçirilib.Çempionatda 32 komanda gücünü sınayıb.

Əslində hər il keçirilən və ildən-ilə böyük maraqla qarşılanan bu tədbir futbol çempionatından çox, bir ailə şənliyidir. Belə ki, keçirilən futbol oyunlarına əlavə olaraq, xanımlar qonaqlara bir-birindən dadlı yeməklər təqdim edir, ebru sənətini nümayiş etdirir, xına ilə könüllü qonaqlara müxtəlif bəzəklər vurur, uşaqlar isə onlar üçün xüsusi təşkil olunmuş oyun meydanında əylənirdilər.



Bu gözəl tədbirin tərəfdaşlarından biri də Azərbaycan Tələbə Şəbəkəsi idi. ASN heyəti oyunları maraqla izləyir, qonaqlarla bərabər bayram edirdi. Gənclərimiz öz stendini qurub, qonaqları təşkilatın fəaliyyəti haqqında bilgiləndirirdi.



Nəhayət səhər 9-dan etibarən davam edən futbol oyunlarina ara verildi. İstedadlı azərbaycanlı müğənni Şahvələd Nağıyev öz ifası ilə türk qardaşlarımızı heyran etməyi bacardı.



Tədbir boyu göstərdiyi diqqətə görə Gənc MÜSİAD-ın icraçı direktoru Ömər İğaca xüsusi təşəkkürlərimizi bildirir,gələcəkdə bu cür maraqlı tədbirərin tez-tez təşkil olunmasını arzu edirik.




Teqlər:  





Xəbər lenti