Mançini “MOİK”ə rəhbərlik edə bilər

Mançini “MOİK”ə rəhbərlik edə bilər
  13 İyun 2014    Oxunub:826
Rusiyanın “MOİK” klubu Türkiyənin “Qalatasaray” klubun sabiq məşqçisi Roberto Mançini ilə maraqlanır.
AzVision.az-ın məlumatına görə, bu barədə İtaliya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, “MOİK” klubunun prezidenti Yevqeniy Qiner artıq uzun müddətdir ki. 49 yaşlı italyanın xidmətlərində maraqlıdır.

Daha əvvəl Rusiya təmsilçisi Mançini hələ 2008-ci ildə kluba dəvət etmək istəyib, lakin Mançini həmin zaman “Mançester Siti”ni seçib.

Qeyd edək ki, Mançini ilə İngiltərənin “Sauthempton” klubu da maraqlanır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti