Bu təhlükəli ABŞ şəhərində insanlara çölə çıxmamağı məsləhət bilirlər

Bu təhlükəli ABŞ şəhərində insanlara çölə çıxmamağı məsləhət bilirlər
  19 Oktyabr 2023    Oxunub:1268
Kontinental Xokkey Liqasında (KHL) oynayan slovakiyalı müdafiəçi, "Lokomotiv"in üzvü Martin Gernat diqqət çəkən açıqlamalar verib.
O, "Çempionat"a müsahibəsində Amerika Xokkey Liqasında (AHL) oynamaqdan və Şimali Amerika şəhərlərindən birində təhlükəli həyatdan danışıb.

Çipsiyə görə məktəblilərə atəş açdı - VİDEO
“Bəzi şəhərlər ağır olur. Üçüncü ilimdə komanda Oklahomadan Bakersfildə köçdü, o isə Stoktona yaxın idi. Oteldə bizə dedilər ki, çölə, hətta restorana belə çıxmayın. Çünki bu çox təhlükəlidir.

Bəzi şəhərlər elə də yaxşı deyildi. Amma bu, həyatın bir hissəsidir. AHL oyunçusunun necə həyat yaşadığını hiss etmək mənim üçün də böyük təcrübə oldu. Bu, AHL karyeramdakı ən çətin təcrübə oldu”, - xokkeyçi qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Xokkey  





Xəbər lenti