Obama: `ABŞ İraqı bombalayacaq`
ABŞ prezidenti Barak Obama bəyan edib ki, Ağ Ev administrasiyası silahlı islamçılarla mübarizədə İraq hökumətinə yardımın müxtəlif variantlarını araşdırır. Obama, bu yardımlar çərçivəsində İraqa hərbi müdaxiləni də istisna etməyib.
Ağ Evin mətbuat katibi Cey Karni isə Barak Obamaya istinadla qeyd edib ki, İraqa hərbi müdaxilə havadan hücum vasitəsilə gerçəkləşdiriləcək.
Bu arada, İraqın yerli hökuməti üsyançıların devrilmiş prezident Səddam Hüseynin doğma şəhəri Tikritin bir neçə rayonunu ələ keçirdiklərini bəyan edib. Hazırda paytaxt Bağdaddan 125 km aralıda yerləşən Samirə şəhərində döyüşlər gedir. İraq Müdafiə Nazirliyinin məlumatına görə hökumət qüvvələri Mosul və Tikrit şəhərlərini havadan zərbələr endirməyə məcbur olub.
Səbinə Həsənova
Teqlər: