Ukrayna ordusu Mariupolu ələ keçirdi

Ukrayna ordusu Mariupolu ələ keçirdi
  13 İyun 2014    Oxunub:1008
Ukrayna ordusu Donetsk vilayətində yerləşən Mariupol şəhərini nəzarətə götürüb.
AzVision.az-ın məlumatına görə, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov “Facebook” sosial şəbəkəsində məlumat verib.

“Mariupol şəhər şurasının binası üzərində Ukrayna bayrağı dalğalanır”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, daha əvvəl Avakov Ukrayna ordusunun Mariupolda separatçılara məxsus bütün məntəqələri ələ keçirməsi barədə məlumat yaymışdı.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti