Tövbə etməyənlər edam olunacaq

Tövbə etməyənlər edam olunacaq
  13 İyun 2014    Oxunub:771
İraqın Mosul şəhərini ələ keçirən İŞİD döyüşçüləri 1 milyon 400 min insanın yaşadığı şəhərdə yeni qanunlar tətbiq ediblər.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təşkilatın yaydığı manifestdə bildirilir ki, əsas məqsəd şəriət qaydalarına əsaslanmış xilafət yaratmaqdır.

Manifestin əsas tələbləri bunlardır:

Zərurət olmadığı təqdirdə qadınların evdən çıxmağı qadağandır. Əgər evdən çıxıblarsa, İslami qaydalara uyğun geyinməlidirlər. Oğrular şəriət qanunlarına uyğun olaraq cəzalandırılır. Bu qanun xüsusilə də dövlət mülkünü ələ keçirənlərə aiddir. Müharibədən əldə olunan gəlirin bölünməsi səlahiyyəti isə yalnız “Müsəlmanların imamı”na məxsusdur.

İŞİD hesab edir ki, müsəlmanların imamı Əbu Bəkr Bağdadidir. Bütün müsəlmanlar 5 vaxt namazın hər birini məsciddə qılmalıdır. Mosul və onun əhatəsindəki tayfa başçılarının düşmən və xainlərlə şərikliyi qəti qadağandır. İndiyə qədər xidmət etmiş polis və əsgərlər tövbə etməlidirlər. Tövbə etməsələr edam olunacaqlar. Spirtli içki, siqaret və narkotik vasitələr qadağandır. İŞİD-in təşkil etdikləri istisna olmaqla bütün tədbirlər və nümayişlər qadağandır.

İŞİD hərbçilərindən başqa heç kim silah gəzdirə bilməz Şəhərdə ölülərin xatirəsinə ucaldılan bütün türbələr, abidələr və mavzoleylər dağıdılmalıdır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti