Ukrayna ordusu 40 separatçını öldürüb –VİDEO

Ukrayna ordusu 40 separatçını öldürüb –VİDEO
  13 İyun 2014    Oxunub:810
Ukraynada vəziyyət gərgin olaraq qalır. Ukrayna-Rusiya sərhədində yerləşən Stepanovka yaşayış məntəqəsində gedən döyüşlər zamanı 40 federallaşma tərəfdarı öldürülüb. AzVision.az bu barədə UNİAN-a istinadla xəbər verir.

Məlumata görə, Snejnoye kəndindən keçən yolda avtomobil karvanına qırıcı vertolyotlardan zərbələr endirilib. İddialara görə Rusiyadan Ukraynaya gələn avtomobil karvanında separatçılar üçün PZRK, tank əleyhinə silahlar və digər silah-sursat olub.

Bununla yanaşı, Ukrayna-Rusiya sərhədində davam edən döyüşlər zamanı Ukrayna hərbi qüvvələri separatçılara məxsus 2 BTR, 2 tank və KAMAZ-ı məhv ediblər.





Səbinə Həsənova


Teqlər:





Xəbər lenti