Türklər İraqdan çıxarılır

Türklər İraqdan çıxarılır
  14 İyun 2014    Oxunub:1444
Türkiyə İraqda yaşayan vətəndaşlarını bu ölkədən çıxarmağa başlayıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən məlumat verir ki, bu barədə rəsmi Ankara qərar qəbul edib.

İraqda ümumilikdə 125 minə yaxın Türkiyə vətəndaşının olduğu bildirilir.

Qeyd edək ki, İŞİD terror qruplaşması İraqda Mosul, Tirkit və Samirə şəhərlərini ələ keçirib. Bundan öncə isə silahlı qruplaşma Türkiyə Konsulluğuna hücum edərək 48 diplomatı həbt etmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti