Ukraynada təyyarə vuruldu: 49 ölü

Ukraynada təyyarə vuruldu: 49 ölü
  14 İyun 2014    Oxunub:947
Ukrayna hərbçilərinə məxsus “İl-76” hərbi-nəqliyyat təyyarəsi separatçılar tərəfindən vurulub.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, təyyarə zenit raket kompleksindən açılan atəş nəticəsində vurulub: “Təyyarənin göyərtəsində hərbçilər, texnika, silah-sursat və ərzaq məhsulları olub. İl-76 şəxsi heyətin daşımasını həyata keçirirdi”.

Hadisə zamanı təyyarənin göyərtəsində 49-a yaxın hərbçi olub. Ukrayna Müdafiə Nazirliyi ölən hərbçilərin yaxınlarına başsağlığı verib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti