Əfqanıstanda prezident seçkiləri keçirilir

Əfqanıstanda prezident seçkiləri keçirilir
  14 İyun 2014    Oxunub:1126
Bu gün Əfqanıstanda prezident seçkilərinin ikinci turu keçirilir.
Bu barədə AzVision.az Frans Press agentliyinə istinadən xəbər verir.

Səsvermə bu gün yerli vaxtla 07:00 radələrində 28 min məntəqədə başlayıb. Vəziyyətdən asılı olaraq məntəqələrdə səsvermə müddəti uzadıla bilər. Seçkilərdə təhlükəsizliyi 400 minə qədər hərbçi qoruyacaq.

Prezident kürsüsü uğrunda iki namizəd – Əfqanıstan XİN-in sabiq rəhbəri Abdulla Abdulla və ölkənin sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzay mübarizə aparır. Onlar prezident seçkilərin ilk turunda müvafiq olaraq seçicilərin 45,0% və 31,6% səsini toplayıblar.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti