Bayden və Ərdoğan İraqı müzakirə etdi

Bayden və Ərdoğan İraqı müzakirə etdi
  14 İyun 2014    Oxunub:1138
ABŞ vitse-prezidenti Cozef Bayen və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İraqdakı vəziyyəti müzakirə edib.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

“Vitse-prezident və baş nazir “İraq və Şam İslam Dövləti” təşkilatının regional və beynəlxalq təhlükəsizliyə vura biləcəyi zərbəni müzakirə ediblər. Onlar tezliklə iraqlıları və onların liderlərini ümumi təhlükəyə qarşı birləşdirmək məsələsində razılığa gəliblər”, -deyə məlumatda bildirilir.

Bayden həmçinin İraqın şimalında girov götürülən vətəndaşlarının azad olunması barədə Türkiyənin səylərini dəstəkləyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti