Abdulla Gülə qadağa qoyuldu

Abdulla Gülə qadağa qoyuldu
  14 İyun 2014    Oxunub:901
Türkiyə Ali Seçki Komissiyası prezident Abdulla Gülə bəzi qadağalar qoyub.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əgər Abdulla Gül yenidən prezidenliyə namizəd olsa, o öz vəzifə səlahiyyətlərindən istifadə edə bilməyəcək.

O seçkiqabağı təbliğat və təşviqat zamanı açılışlarda və təməl atma mərasimlərində iştirak edə bilməyəcək.

Eləcə də seçki təbliğatı zamanı ölkədaxili səfərlərində xidməti avtomobil və təyyarədən istifadə edə bilməyəcək. Eyni zamanda rəsmi şəxsləri qarşılama, yola salmada iştirak edə bilməz və rəsmi mərasimlər təşkil edə bilməz.


Teqlər:  





Xəbər lenti