İraqda gərginlik: 80 nəfər öldü

İraqda gərginlik: 80 nəfər öldü
  14 İyun 2014    Oxunub:874
Tikrit şəhərinin bombalanması nəticəsində azı 80 silahlı məhv edilib.
İraqın Neynəva, Səlahəddin, Kərkük və Diyala əyalətlərində “İraq-Şam İslam Dövləti” (İŞİD) ilə ordu qüvvələri arasında qarşıdurmalar davam edir.

İraq hərbi təyyarələri dünən axşam Səlahəddin əyalətinin mərkəzi olan Tikrit şəhərinin şimalında “DAİŞ” silahlılarının yerləşdiyi obyekti hədəfə alıb. Nəticədə radikal “İŞİD” üzvlərindən ən azı 80 nəfərin məhv edildiyi və 20 nəfər yaralanıb.

Paytaxt Bağdaddan şimalda yerləşən Diyala əyalətində də qarşıdurmalar baş verib. “İŞİD” bu əyalətdə nisbi irəliləyiş əldə edib.

Bu arada dünən İraqda Ayətullah Sistaninin Kərbəla şəhərindəki nümayəndəsinin “İŞİD”ə qarşı mübarizə çağırışından sonra ölkənin, xüsusilə də cənub şəhərlərindən minlərlə gənc təhlükəsizlik qüvvələri sıralarına qatılmaq üçün müraciət edib.

İraqın Mosul şəhəri isə hələ də İŞİD silahlılarının nəzarəti altındadır. İraqda davam edən bu qarmaqarışıqlığın bütövlükdə Yaxın Şərqin stabilliyini təhlükə altında qoyur.



Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti