NATO-nun baş katibi Türkiyəyə gedir

NATO-nun baş katibi Türkiyəyə gedir
  14 İyun 2014    Oxunub:904
NATO-nun baş katibi Anders Foq Rasmussen iyunun 15-16-da Türkiyədə səfərdə olacaq.
Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, alyans başçısı Türkiyənin siyasi və hərbi rəhbərliyi ilə görüşəcək.

Görüşlər zamanı “İraqın və Şamın İslam Dövləti” (İŞİD) terrorçu təşkilatın hücumları ilə üzləşən İraqda mövcud vəziyyətin də müzakirə ediləcəyi gözlənilir.

İyunun 12-da NATO Mosulda türk diplomatlarını girov götürülməsi ilə bağlı səfirlər səviyyəsində təcili toplantı keçirib. Olay barədə Türkiyə alyans üzvü olaraq müttəfiqlərini dərhal məlumatlandırmışdı.


Teqlər:





Xəbər lenti