Rusiya səfirliyi qarşısında aksiya
Məlumata görə, aksiyaya 300-dək insan qatılıb.
Aksiya iştirakçıları Rusiya tanklarının Ukrayna ərazisinə soxulmasına və Luqanskda 49 hərbçinin ölümü ilə nəticələnən “İL 76” hərbi-yük təyyarəsinin vurulmasına etiraz edirlər.
Məlumata görə, etirazçılar səfirliyin girişinə avtomobil şinləri toplayıb. Etirazçılar “Faşistlər”, “Putinlə danışıqlara yox!”, “Kreml Ukraynadan əlini çək!” şüarları səsləndirirlər.