ABŞ İŞİD-ə qarşı gəmi göndərir
İyunun 14-ü axşam saatlarında ABŞ Dövlət katibi John Kerry İraqın Xarici İşlər naziri Hoshyar Zebari ilə danışıb. Dövlət katibi bildirib ki, ABŞ-ın yaraqlılarla mübarizədə İraqa köməyi o zaman effektli olar ki, bu ölkədə liderlər fikir ayrılıqlarına son qoya, son seçkilərin nəticələrini təsdiq edə və milli birlik hökuməti formalaşdıralar.
İŞİD yaraqlıları son bir neçə gündə İraqın şimalında və şərqində böyük ərazilərə nəzarəti ələ keçiriblər. O cümlədən də Mosul və Tıkrıt şəhərlərini alan yaraqlılar paytaxt Bağdada doğru irəliləyirlər.
Teqlər: