Marqvelaşvili səs verdi

Marqvelaşvili səs verdi
  15 İyun 2014    Oxunub:777
Ümumilikdə Gürcüstanda bələdiyyə seçkiləri sakit şəraitdə keçir.
AzVision.az trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan Mərzkəri Seçki Komissiyasını (MSK) mətbuat katibi Eka Azaraşvili deyib.

Onun sözlərinə görə, hazırda seçicilərin aktivliyi orta səviyyədədir. Seçicilərin səsverməsi ilə bağlı ilk dəqiq məlumatlar bu gün saat 12:00-da açıqlanacaq.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili öz seçkiməntəqəsində artıq səs verib. Prezident seçiciləri səsvermə prosesində aktiv olmağa çağırıb: "Hamını bu gün-Gürcüstan demokratiyasının konsolidasiyası günü - münasibəti ilə təbrik edirəm. Ölkənin bütün seçicilərini aktiv olmağa çağırıram və siyasi partiyalara xatırladıram ki, ilk növbədə onların qələbəsi deyil, demokratiyanın qələbəsi vacibdir".

Seçkilərdə ilk qanun pozuntusu Batumidə 66-cı seçki məntəqəsində qeydə alınıb. Müşahidəçilərin sözlərinə görə, seçki məntəqəsi qanunla müəyyən edilmiş vaxtdan (saat 07:00-dək) 15 dəqiqə tez açılıb.

Mətbuat konfransında Doşaşke kəndindəki (Sameqrelo-Zemo Svanetiya regionu) seçki məntəqəsində baş vermiş insidentlə bağlə bəyanat da verilib.

MSK-nın mətbuat katibi qeyd edib ki, bazar gününə keçən gecə Martvili rayonunun Doşaşke kəndində 16 saylı seçki məntəqəsində maskalı naməlum şəxslər səsvermə üçün daşına bilən seçki qutularını oğurlayıblar: "Doşaşke kəndində səsvermə prosesi təkrar keçiriləcək. Fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırılıb".


Teqlər:  





Xəbər lenti