İŞİD daha bir şəhəri ələ keçirdi - VİDEO

İŞİD daha bir şəhəri ələ keçirdi - VİDEO
  16 İyun 2014    Oxunub:1052
İŞİD terror qruplaşması İraqda türkmənlərin çoxluq təşkil etdiyi Mosul bölgəsinə daxil olan Təlafər şəhərini ələ keçiriblər.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, şəhərə hücum ötən gün səhər saatlarında başlayıb. Təxminən 400 min türkmənin yaşadığı şəhərə hücum edən İŞİD üzvləri ilə 6 min türkmən və hökumətə tabe olan əsgərlər arasında atışma olub. Gün boyu davam edən qarşıdurmadan sonra axşam saatlarında şəhərin ələ keçirildiyi bildirilir.

İraq dövlət televiziyasının yaydığı xəbərə görə, Təlafər yaxınlığında 35 İŞİD üzvü öldürülüb. Hazırda İŞİD-in idarə etdiyi şəhərə işıq və su verilmir.

Bu xəbərdən sonra kürdlərin tabeliyində olan Sincar bölgəsinin sakinləri köçməyə başlayıblar.

Qeyd edək ki, İŞİD-in ələ kçeirdiyi Mosul dünən axşam saatlarında İraq hərbi hava qüvvələri tərəfindən bombalanıb. Hazırda İŞİD üzvlərinin girov saxladığı Türkiyə səfirliyinin 49 əməkdaşının azadlığa buraxılması üçün danışıqlar aparılır.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti